Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

22.02.2019 15:17

 

Mikrobiologiya İnstitutunun təşkilatçılığı ilə elmi biliklərin cəmiyyətdə təbliği

Mikroorqanizmlərin təbiətdə və insan həyatında əhəmiyyəti və rolunun rəngarəng olması onlar barədə insanların biliyini artırmaq zərurəti yaradır. Bunu nəzərə alaraq AMEA Mikrobiologiya İnstitutunda müvafiq istiqamətdə silsilə elmi-populyar videoçarxların hazırlanmasına başlanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd ictimaiyyəti mikrobiologiya elminin sirləri ilə tanış etmək, gənclərdə elmi fəaliyyətə maraq oyatmaq üçün elmi-populyar üslubda məlumatların işlənməsini ön plana çəkməkdir. Yaxın günlərdə Mikrobiologiya İnstitutunun mikrobioloji biotexnologiya laboratoriyasının müdiri Könül Baxşəliyeva tərəfindən hazırlanan “Mikroorqanizmlərin həyatımızda yerinə yetirdikləri funksiyalar” adlı videoçarx ictimaiyyətə təqdim ediləcək.

Elmin populyarlaşdırılması yolunda atılan bu addım tədqiqatlar əsasında əldə olunan elmi yenilik və nəticələrin təbliğidir. Bu isə institutun fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Məqalə © azertag.az -dan götürülmüşdür

Faydalı Linklər