Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

01.03.2019 14:15

 

“Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” mövzusunda müsabiqə elan olunub

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası “Elm günü”nə həsr olunmuş “Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” mövzusunda müsabiqə elan edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqədə 40 yaşına qədər alim və mütəxəssislər iştirak edə bilərlər. İştirakçılar müsabiqəyə təklif olunan tətbiq işi üzrə 5-10 dəqiqəlik təqdimatla çıxış edəcəklər. İştirakçı və tətbiq işi haqqında əvvəlcədən arayış təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər mövzularını martın 11-dək (gams.torpaqsunasliq@gmail.com) e-poçt ünvanına göndərə bilərlər.

Müsabiqə iştirakçıları sertifikatlarla, qaliblər isə diplomlarla təltif ediləcək.

Məqalə © azertag.az -dan götürülmüşdür

Faydalı Linklər