Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

06.03.2019 14:00

 

Mikrobioloq xanımın daha bir uğuru

AMEA Mikrobiologiya Institutunun mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent, RTEA-nin professoru Könül Baxşəliyeva bu günlərdə xarici vətəndaş kimi Rusiyanın bu nüfuzlu Akademiyasının müxbir üzvü seçilibdir.

Mikrobiologiya sahəsində apardığı uğurlu tədqiqatlara, kadr hazırlığındakı səmərəli fəaliyyətinə görə daha bir uğur qazanan, yarıdan çoxunun yaxın və uzaq xaricin nüfuzlu nəşrlərindən dərc olunan 100-dən artıq elmi əsərin müəllifi olan Könül xanım bu gün Azərbaycanın bioloqları arasında ən gənc elmlər doktoru adını da daşıyır.

Faydalı Linklər