Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

13.03.2019 12:42

 

AMEA YT Park tərəfindən göbələk mənşəli bioloji aktiv maddələrin qablaşdırılması aparılıb

Cari ilin yanvar ayında AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d. Nazim Şükürov və Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov arasında göbələk mənşəli bioloji aktiv maddələr adlı elmi-tədqiqat işinin nəticələrinin kommersiyalaşdırılması məqsədilə müzakirələr aparılıb.

Müzakirələr nəticəsində YT Park tərəfindən göbələk mənşəli bioloji aktiv maddələrin xüsusi 3 kq-lıq kağız kisələrdə qablaşdırılması istiqamətində işlərə start verilib.

İki ay davam edən hazırlıq işlərindən sonra bioloji aktiv maddələr martın 12-də Mikrobiologiya İnstitutunun laboratoriyasında YT Park tərəfindən hazırlanmış xüsusi 3 kq-lıq kağız kisəyə doldurulub.

Qablaşdırma işləri P.Muradovun və YT Parkın əməkdaşları - Fikrət Qaibov, Seymur Sadıqov və Elşən Əliyevin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, məhsul AR Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda sınaqların həyata keçirilməsi üçün qablaşdırılıb.

Məqalə © http://www.science.gov.az -dan götürülmüşdür

Faydalı Linklər