Ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyətlə əlaqədar Prezident İlham Əliyev tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Sənədə əsasən, 2020-2022-ci illər üçün Tədbirlər Planı təsdiq edilib və müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.

Mikrobiologiya İnstitutunun direktor v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması və adambaşına düşən su sərfiyyatının Avropa ilə müqayisədə iki dəfə artıq olması, həmçinin əhalinin sayının artması kimi səbəblərdən dolayı su ehtiyatlarından səmərəli istifadənin zəruri olduğunu bildirib.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© www.science.gov.az