Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

01.05.2019 16:00

 

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti vəzifəsinə seçki keçirilib.

Akademiyanın həqiqi üzvləri arasında gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib.

Açıq səsverməyə əsasən AMEA-nın akademik-katibi vəzifəsini isə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək.

Qeyd edək ki, akademik Rasim Əliquliyev 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. O, "İnformatika" ixtisası üzrə 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Alim 2013-cü ildən bugünədək AMEA-nın akademik-katibi vəzifəsində çalışırdı.

Məqalə © http://science.gov.az -dan götürülmüşdür

Faydalı Linklər