Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

12.06.2019 14:00

 

AMEA MİKROBİOLOGİYA İNSTİTUTUNDA MÜLKÜ MÜDAFİƏ MƏŞQİ KEÇİRİLDİ.

Mikrobiolgiya İnstitutunun 2019- ci ilin Mülkü Müdafiə tədbirləri planına əsasən 12 iyun tarixdə “Fovqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülkü müdafiə məşqi keçirilmişdir.

Tədbiri giriş sözü ilə insitutun Mülkü Müdafiə qərargahının rəisi Bəxtiyar Yunusov şöbə və laboratoriya müdirlərinin vəzifə borcları, fövqaladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarə etmə qaydalarını sxem üzrə məşqini nəzərə çatdırdı. Fövqəladə hallar baş verən zaman komandir rəis heyətinin toplanış yeri sxem üzrə göstərildi.

Sonra zəlzələ halı baş verdikdə görüləcək tədbirlər planını, təxliyyənin sistemli şəkildə necə yerinə yetirilməsinin fəlakət riskinin qarşısının alınmasına hazırlıq barədə məlumat verdi.

Çıxışlar əməkdaşları maraqlandıran suallar, müzakirələrlə maraqlı diskusiya ilə öz işini yekunlaşdırdı.

Faydalı Linklər