Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

06.09.2019 10:50

 

“Elm” qəzetinin yeni nömrəsində

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi bu gün çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, yeni nömrədə “Ailə, dəyərlər, xoşbəxtlik və iki alim haqqında”, “Mədəniyyət elm və sənətdən ibarətdir”, “Torpağın harayı”, “Süni intellektin labüd hegemonluğu” və digər məqalələr yer alıb.

Bundan əlavə, Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatı, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Xalq qəzeti”nin 100 illiyi münasibətilə redaksiya heyətinə ünvanladığı təbrik məktubu, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya konfransı barədə məlumatlar verilib. Oxucular, həmçinin Gəncədə Arxeoloji Park yaradılması, Özbəkistanda keçirilən mədəni irs həftəsi, eləcə də qrant müsabiqələri, elanlar və akademiyanın institutlarının yeni nəşrləri ilə tanış ola bilərlər.

Qəzetdə, həmçinin rus dilində materiallar verilib.

Məqalə © azertag.az -dan götürülmüşdür

Faydalı Linklər