AMEA-nın Mikrobiologiya İnstitutunda təhsil alan magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası başlayıb.

Müəssisədə “Mikrobiologiya” ixtisası üzrə II kursda təhsil alan magistrant Məsimi Müjgan “Aeromikrobiota” fənnindən onlayn imtahan verib. Fənn müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov imtahanın nəticəsini yüksək qiymətləndirib.

İmtahan prosesində institutun direktor v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov və müəssisənin Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova da iştirak edib.

© www.science.gov.az