Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

02.05.2020 14:12

 

Mikrobiologiya İnstitutunda distant təhsil uğurla davam etdirilir

AMEA-nın Mikrobiologiya İnstitutunda magistrantlar üçün dərs cədvəlinə uyğun distant tədris həyata keçirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu gün "Mikroorqanizmlərin sistematikası” dərsi fənn müəllimi AMEA-nın müxbir üzvü Pənah Muradov tərəfindən aparılıb.

Alim öz dərsləri ilə yanaşı, həm də magistrantların distant qaydada tədris olunan dərslərinin keyfiyyəti, mənimsənilmə səviyyəsi, onların elmi rəhbərləri ilə onlayn rejimdə təmaslarını daim diqqətdə saxlayır.

Tədris prosesinə cəlb edilmiş alimlər öz işçi planlarında nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən həyata keçirir, mühazirə və təqdimatların, tapşırıqların elektron variantını e-poçt vasitəsilə magistrantlara göndərir, onlarla onlayn rejimdə dərslər təşkil edirlər.

© www.azertag.az goturulmusdur

Faydal? Linkl?r