Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

22.05.2020 11:25

 

Mikrobiologiya İnstitutunda distant təhsil uğurla davam etdirilir

AMEA-nın Mikrobiologiya İnstitutunda I kursda təhsil alan magistrantlar üçün dərs cədvəlinə uyğun distant tədris həyata keçirilir. “Mikroorqanizmlərin sistematikası” dərsi fənn müəllimi institutun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov, “Su mikrobiologiyası” dərsi b.ü.f.d. Anar Hüseynov, “Mikrob mənşəli BAM” dərsi b.e.d Könul Baxşəliyeva, “Torpaq mikrobiologiyası” dərsi isə b.e.d. Samirə Nəcəfova tərəfindən aparılır.

Tədris prosesinə cəlb edilmiş alimlər öz işçi planlarında nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən müxtəlif proqram-texniki vasitələrlə həyata keçirir, mühazirə və təqdimatların, tapşırıqların elektron variantını e-poçt vasitəsilə magistrantlara göndərirlər.

© www.science.gov.az goturulmusdur

Faydal? Linkl?r