AMEA-nın Mikrobiologiya İnstitutunda 2019-2020-ci tədris ili üçün magistratura pilləsi üzrə yay imtahan sessiyası başa çatıb.

"Mikrobiologiya" ixtisası üzrə təhsil alan birinci kurs magistrant Müjgan Məsimi "Mikroorqanizmlərin sistematikası" fənnindən son ixtisas imtahanı verərək, yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurub.

Cavablar fənn müəllimi AMEA-nın müxbir üzvü Pənah Muradov tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib.

© www.science.gov.az