Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

02.06.2017 12:45

 

Azərbaycan aliminin monoqrafiyası Moskvada nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun ekoloji mikrobiologiya laboratoriyasının müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılovun “Neft hasilatının biotexnologiyası” monoqrafiyası Moskvada çapdan çıxıb.

İnstitutdan bildiriblər ki, nəşrdə biotexnologiyanın tətbiqinə aid materiallar təhlil olunub.

Kitab tədqiqatçılarda və praktik işçilərdə mövcud problemə qarşı maraq yaratmaq, ümumi fikir formalaşdırmaq üçün nəzərdə tutulub. Monoqrafiya əsasən müxtəlif tədqiqatların əsas istiqamətləri üçün yalnız baza olub, neft hasilatı biotexnologiyasının əsas prinsiplərini qiymətləndirməyə imkan verir.

Yeni nəşr yalnız neft mütəxəssisləri və mikrob biotexnologiyaları sahəsində işləyən mütəxəssislər üçün deyil, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Faydalı Linklər