Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

07.11.2017 10:50

 

AMEA Mikrobiologiya İnstitutunda mülki müdafiə məşqi keçirildi.

Mikrobiolgiya İnstitutunun 2017- ci ilin Mülki Müdafiə tədbirləri planına əsasən 3 noyabryabr tarixdə “Fovqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülkü müdafiə məşqi keçirilmişdir. Məşqdə AMEA-nın RH Mərkəzi Aparatının ikinçi şöbənin baş mütəxəsisi Fərzəliyev Oktay da iştirak etdi. Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, fövqəladə hallar komissiyasının sədri Pənah Muradov açaraq institutda baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı işçilərin hazırlıq vəziyyətinin və həyata keçriləcək təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinin vacibliyini qeyd etdi.

Natiq Mülki Müdafiə tədbirini yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə komandir, rəis heyətinin bacarığının artırılması bir daha məşq zamanı yoxlanılması səfərbər olma bacarığının təkrarlanmasında insan itkisinin qarşısının alınması və məşqin əsas məqsədi olduğunu vurğuladı .

Məşqdə insitutun Mülki Müdafiə qərargahının rəisi Bəxtiyar Yunusov şöbə və laboratoriya müdirlərinin vəzifə borcları, fövqaladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarə etmə qaydalarını sxem üzrə məşqini nəzərə çatdırdı. Fövqəladə hallar baş verən zaman komandir rəis heyətinin toplanış yeri sxem üzrə göstərildi. Sonra laboratoriya müdiri İlham Əliyev zəlzələ halı baş verdikdə görüləcək tədbirlər planını, təxliyənin sistemli şəkildə necə yerinə yetirilməsinin fəlakət riskinin qarşısının alınmasına hazırlıq barədə məlumat verdi.

Mülki Müdafiə qərargah nümayəndəsi Fərzəliyev Oktay aparılan məşqin institut əməkdaşlarının maarifləməsində böyuk əhəmiyyətini qeyd etdi. Bildirdi ki,tədbirin keçirilməsində əsas məqsəd əməkdaşların fövqəladə hallara hazır olması və davranış qaydalarına əməl etmə vərdişinin təkmilləşdirilməsidir. Sonda maarifləndirici videoçarx nümayiş etdirildi. Çıxışlar əməkdaşları maraqlandıran suallar, müzakirələrlə maraqlı diskusiya ilə öz işini yekunlaşdırdı. Məşqi Fövqəladə hallar komissiyasının sədri P.Muradov qiymətləndirərək qənaətbəxş hesab etdi.

Faydalı Linklər