Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

25.04.2018 12:58

 

Bakı, 22 may,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun və Azərbaycan Tibb Universitetinin tibbi biologiya və genetika kafedrasının tədris hissə müdiri, biologiya üzrə fəlsəfə doktoru Aynur Ənsərovanın həmmüəllifi olduqları “Azərbaycanın əsas su anbarlarının mikrobioloji rejimi və müasir ekoloji, sanitar hidrobioloji vəziyyəti” monoqrafiyası çapdan çıxıb.

Institutdan-AZƏRTAC -a bildiriblər ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, rəyçiləri isə AMEA-nın müxbir üzvü Rafiq Qasımov və biologiya elmləri doktoru, professor Nəriman İsmayılovdur.

Monoqrafiyada ilk dəfə Azərbaycanın on su anbarında aparılan mikrobioloji, sanitar-hidrobioloji və ekoloji tədqiqatların nəticələri təqdim edilir. Bildirilir ki, ümumi su ehtiyatının 90 faizini özündə cəmləşdirən anbarlar ölkəmizdə suya olan tələbatın ödənilməsində əvəzsiz əhəmiyyət kəsb edir. Eyni zamanda, ən böyük sututumlu anbarlar Ermənistan və Gürcüstanda aramsız çirklənən Kür və Araz çayları məcrasında yaradılıb. Həmin su anbarlarında fəsillər üzrə aparılan tədqiqatların nəticələrinə əsasən, onların ümumi ekoloji vəziyyəti, saprobluq dərəcəsi, trofik tipi, sanitar gigiyenik keyfiyyəti, bioloji məhsuldarlıq imkanları nəşrdə müqayisəli şəkildə qiymətləndirilir.

Monoqrafiya ekoloqlar, sanitar-epidemioloqlar, hidroloqlar, hidrobioloqlar, ali məktəb tələbələri, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məqalə © AZƏRTAC-dan götürülmüşdür

Faydalı Linklər