Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

11.06.2018 11:15

 

Bakı, 11 iyun,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutu son dövrlərdə mikrobiologiya elminin müxtəlif sahələrinə əsaslanan istehsal müəssisələri ilə əlaqələrini genişləndirir. İnstitut tərəfindən həmin müəssisələrdə çalışan əməkdaşların elmi səviyyəsinin yüksəlməsinə imkan verən kurslar təşkil edilir və peşəkar kadrların hazırlanmasına kömək göstərilir.

Institutdan-AZƏRTAC bildiriblər ki, “Az-Granata” Agsu şirə və şərab emalı zavodunun əməkdaşları bu elm müəssisəsinin mikrobioloji biotexnologiya laboratoriyasında elmi-praktik təcrübə keçiblər. Təcrübədə zavodun dörd əməkdaşı iştirak edib, onlar şirə və şərab istehsalı zamanı tələb olunan mikrobioloji analizlərin aparılması, bakteriya və göbələklərin müəyyənləşdirilməsi, identifikasiyası, eləcə də mikrobioloji təhülkəsizliyin təmini baxımından mühüm göstəricilərin müəyyənləşdirilməsi üçün lazımi metod və yanaşmalarla tanış olub, həmçinin onların praktik tətbiqi üçün vacib məlumatlar əldə ediblər. Məşğələləri institut direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov, mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Könül Baxşəliyeva və digər əməkdaşlar aparıblar.

Təcrübənin sonunda iştirakçılara sertifikat verilib.

Məqalə © AZƏRTAC-dan götürülmüşdür

Faydalı Linklər