Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

29.05.2018 16:30

 

Bakı, 29 may,

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun torpaq mikrobiologiyası laboratoriyasının müdiri Samirə Nəcəfova və həmin laboratoriyanın baş elmi işçisi, professor Nəriman İsmayılovun həmmüəllifi olduqları “Bakı şəhərinin torpaq örtüyünün ekoloji vəziyyəti və onun yaxşılaşdırılması yolları” monoqrafiyası rus dilində çapdan çıxıb

AMEA-dan-AZƏRTAC bildiriblər ki,yeni nəşrdə iri neft və qaz hasilatı, maşınqayırma, metallurgiya sənaye kompleksi olan Bakı şəhərinin torpaqlarının ekoloji vəziyyətinin qiymətləndirilməsi aparılıb, ikincili regional bioresurslardan istifadə edilərək onların bioloji xüsusiyyətlərinin yaxşılaşdırılması yolları göstərilib.

Kitabın rəyçiləri akademik Məhərrəm Babayev və AMEA-nın müxbir üzvü Amin İsmayılovdur.

Monoqrafiya ətraf mühitin mühafizəsi məsələləri ilə məşğul olan, eyni zamanda, şəhər ərazilərinin rekultivasiyası və yaşıllaşdırma layihələrini hazırlayan mütəxəssislər, mikrobioloq, torpaqşünas və ekoloq alimlər üçün nəzərdə tutulub.

Məqalə © AZƏRTAC-dan götürülmüşdür

Faydalı Linklər