Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

22.06.2018 13:00

 

Bakı, 22 iyun,

Mikrobiologiya İnstitutunda Qadınlar şurası yaradıldı

Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvi, b.e.d., prof. P. Muradov açaraq AMEA Rəyasət Heyətinin və Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə akademiyada Qadınlar Şurasının yaradılmasını məqsədəuyğun hesab edərək, yeni təsis olunmuş Şuraya gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Tedbirde Mikrobiologiya İnstitutunun elmi katibi, b.e.d., prof. Qəhrəmanova Fəridə Akademiyanın əməkdaşları sırasında qadınların üstünlük təşkil etməsindən, onların ictimai və elm sahələrindəki uğurlarından söz açdı.

Yeni təsis edilmiş Qadınlar Şurasına gələcək işlərində uğurlar arzu etdi və gənc kadrlara ictimai və elmi fəaliyyətində dəstək olmaq üçün bele bir şuranın yaradılmasını müsbət qiymətləndirdi, və Mikrobiologiya İnstitutunun Qadınlar Şurasına sədrlik etmək üçün institutun Təhsil şöbəsinin müdiri b.ü.f.d. Aygün Qasımovanın namizədliyi irəli sürüldü .

İnstitutun əməkdaşları A.S.Qasımovanın elmi və ictimai fəaliyyətindən danışıdı,onun kollektivin hörmətini qazanmış bir əməkdaş kimi də bu vəzifəyə layiq olduğunu qeyd etdilər.

Təklif səsə qoyuldu və yekdilliklə qəbul olunub.

Daha sonra şuraya 11 nəfərdən ibarət işçi qrup seçildi.

Sonda Aygün Qasımova çıxış edərək ona göstərilən etimada görə həmkarlarına minnətdarlığını bildirdi.

Faydalı Linklər