Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

20.09.2018 16:33

 

Bakı, 20 sentyabr,

Mikrobiologiya İnstitutu ilə Lənkəran Regional Elmi Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu ilə Lənkəran Regional Elmi Mərkəzi arasında qarşılıqlı fəaliyyətin təşkili, birgə layihələrin həyata keçirilməsi və məlumat mübadiləsinin genişləndirilməsi məqsədilə memorandum imzalanıb.

Institut-dan-AZƏRTAC bildiriblər ki,sənəddə tərəflər arasında elm və kadr hazırlığı sahələrində əməkdaşlığın inkişafı, tədqiqat və elmi proqramların, araşdırmaların həyata keçirilməsi və genişləndirilməsi nəzərdə tutulur.

Memorandumu Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov və Lənkəran Regional Elmi Mərkəzin direktoru, professor Fərman Quliyev imzalayıblar.

Sənəddə əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri əksini tapıb.

Məqalə © AZƏRTAC-dan götürülmüşdür

Faydalı Linklər