Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

11.10.2018 12:55

 

Bakı, 11 oktyabr,

AMEA Mikrobiologiya İnstitutunda Mülkü Müdafiə Qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirildi

Mikrobiolgiya İnstitutunun 2018-ci il Mülkü Müdafiə tədbirləri planına əsasən 11 oktyabr tarixdə “Fovqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda mülkü müdafiə məşqi keçirilmişdir.

Tədbiri giriş sözü ilə institutun Mülkü Müdafiə qərargahının rəisi Bəxtiyar Yunusov açaraq institutda baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı işçilərin hazırlıq vəziyyətinin və həyata keçriləcək təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinin vacibliyini qeyd etdi.

Natiq Mülkü Müdafiə tədbirini yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə komandir, rəis heyətinin bacarığının artırılması bir daha məşq zamanı yoxlanılması səfərbər olma bacarığının təkrarlanmasında insan itkisinin qarşısının alınması və məşqin əsas məqsədi olduğunu vurğuladı .

Məşqdə B.Yunusov şöbə və laboratoriya müdirlərinin vəzifə borcları, fövqaladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarə etmə qaydalarını sxem üzrə məşqini nəzərə çatdırdı. Natiq fövqəladə hallar baş verən zaman institutun heyətinin toplanış yerini, təxliyyə planına əsasasən sxem üzrə nəzərinə çatdırdı. Mülkü müdafiə məşqin institut əməkdaşlarının maarifləməsində böyuk əhəmiyyətini qeyd etdi.

Bildirdi ki,tədbirin keçirilməsində əsas məqsəd əməkdaşların fövqəladə hallara hazır olması və davranış qaydalarına əməl etmə vərdişinin təkmlləşdirilməsidir.

Sonda ehtiyatsizlıqdan civə dagılması zamanı lazımlı tədbirlərin görülməsini nəzərə catdırdı .

Çıxışlar əməkdaşları maraqlandıran suallar, müzakirələrlə maraqlı diskusiya ilə öz işini yekunlaşdırdı.

Faydalı Linklər