Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

18.10.2018 16:17

 

Bakı, 18 oktyabr,

Tələbələr Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

Azərbaycan Turizm və Menecment Universitetinin qida məhsullarının mühəndisliyi və Odlar Yurdu Universitetinin biologiya fakültəsinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda olublar.

Institut-dan-AZƏRTAC bildiriblər ki,tələbələrə müəssisənin tarixi, beynəlxalq əlaqələri və mikrobiologiyanın müasir istiqamətlərinə dair aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqinin həyata keçirilməsidir.

Sonra tələbələr institutun mikrobioloji texnologiya laboratoriyasında aparılan elmi-tədqiqat işləri, eləcə də müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.

Məqalə © AZƏRTAC-dan götürülmüşdür

Faydalı Linklər