Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

13.11.2018 16:00

 

Bakı, 13 noyabr,

AMEA Mikrobiologiya İnstitunda Mülkü Müdafiə Məşqi Keçirildi

Mikrobiolgiya İnstitutunun 2018- ci ilin Mülkü Müdafiə tədbirləri planına əsasən 13 noyabr tarixdə “Fovqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülkü müdafiə məşqi keçirilmişdir. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini və Mülkü Müdafiə üzrə Fövqəladə Hallar komisiyasının sədrI Pənah Muradov açaraq institutda baş verə biləcək hər hansı bədbəxt hadisə zamanı işçilərin hazırlıq vəziyyətinin və həyata keçİriləcək təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinin vacibliyini qeyd etdi.

Çıxışı zamanı natiq Mülkü Müdafiə tədbirini yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə komandir, rəis heyətinin bacarığının artırılması bir daha məşq zamanı yoxlanılması səfərbər olma bacarığının təkrarlanmasında insan itkisinin qarşısının alınması və bu məşqin əsas məqsədi olduğunu vurğuladı . Məşqdə insitutun Mülkü Müdafiə qərargahının rəisi Bəxtiyar Yunusov şöbə və laboratoriya müdirlərinin vəzifə borcları, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarə etmə qaydalarını sxem üzrə məşqini nəzərə çatdırdı. Fövqəladə hallar baş verən zaman komandir, rəis heyətinin toplanış yeri sxem üzrə göstərildi.

Sonra laboratoriya müdiri İlham Əliyev zəlzələ halı baş verdikdə görüləcək tədbirlər planını, təxliyyənin sistemli şəkildə necə yerinə yetirilməsinin fəlakət riskinin qarşısının alınmasına hazırlıq barədə məlumat verdi. Çıxışlar əməkdaşları maraqlandıran suallar, müzakirələrlə maraqlı diskusiya ilə öz işini yekunlaşdırdı.

Faydalı Linklər