Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

03.12.2018 12:00

 

Bakı, 3 dekabr,

AMEA Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının hesabat yığıncağı keçirildi

Tədbirdə institutun gənc əməkdaşları iştirak edirdilər. İclası giriş sözü ilə elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq İnstitutda gənc kadrlara xüsusi önəm verilməsindən, gənclərin elmə cəlb olunması sahəsində görülən mühüm işlərdən və gələcəkdə gənclərin birlik və çalşqanlıq göstərməsinin vacibliyindən söhbət açdı.

Sonra İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri b.ü.f. d. Vüsalə Xəlilzadə 2018-ci ildə institutun Gənc Alimlər Şurasının fəaliyyəti haqqında hesabatı təqdim etdi.Məruzə dinlənildikdən sonra ,səsləndirilən bu və ya digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tədbirdə namizədlər səsvermə yolu ilə şuraya yeni sədr və üzvlər seçildilər. İnstitutun doktorantı Aytən Səfərova şuraya sədr , idarə heyətinə isə 5 nəfərdən ibarət namizəd seçildi.

Sonda P. Muradov Gənc Alim və Mütəxəssislər Şuranın yeni tərkibdə yaradılan üzvülərini təbrik edərək uğurlar arzuladı və fəaliyyətlərinin gücləndirilməsi, innovativ yönümlü tədqiqat işlərinin aparılması və digər məsələlərlə bağlı tapşırıqlar verdi.

Faydalı Linklər