Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

28.01.2019 14:30

 

Mikrobiologiya İnstitutunun ilk magistrantı qış imtahan sessiyasında yüksək nəticə göstərib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda mikrobiologiya ixtisası üzrə təhsil alan magistrant Nərmin İsmayılzadə tədris ilinin qiş imtahan sessiyasını uğurla başa vurub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin ilk magistrantı olan N.İsmayılzadə imtahan sessiyasını müvəffəqiyyətlə verərək yüksək nəticə göstərib.

Məqalə © https://azertag.az/ -dan götürülmüşdür

Faydalı Linklər