Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

17.01.2019 12:10

 

İxtiranın kommersiyalaşdırılması mexanizmləri müzakirə olunub

AMEA Rəyasət Heyətinin 17/1 nömrəli, 14 dekabr 2018-ci il tarixli qərarına əsasən 17 yanvar 2019-cu il tarixdə AMEA Yüksək Texnologiyalar Parkında Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, Biologiya üzrə elmlər doktoru professor Pənah Muradovun göbələk mənşəli bioloji aktiv maddələr: Əsas produsentləri, sintezi, tətbiq sahələri və perspektivləri adlı kommersiyalaşma üçün təqdim edilən elmi tədqiqat nəticələri müzakirə edilmişdir.

Müzakirələrdə, AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov, AMEA Yüksək Texnologiyalar Parkının strateji inkişaf üzrə direktor müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru Məmməd Bağır-zadə, AMEA Yüksək Texnologiyalar Parkının infrastruktur üzrə direktoru müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, Patent, Sertifikatlaşma, Marketinq və Biznes İnkubasiya şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Zaur Əhmədzadə, mühəndis infrastrukturu şöbəsinin müdiri Dünyamalı Qasımov və texnoparkın digər məsul əməkdaşları iştirak ediblər. İxtiranın kommersiyalaşdırılmasının mexanizmləri haqqında fikir mübadiləsi aparılmış, ixtira üzrə verilən suallara müəllif tərəfindən AMEA Yüksək Texnologiyalar Parkının ekspertlərinə ətraflı məlumat verilmişdir. AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi tərəfindən müəllifə ixtiranın patentləşdirilməsini həyata keçirilməsi tövsiyyə edilmişdir. AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov tərəfindən iştirakçılara ixtira ilə bağlı təkliflərin hazırlanması, AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılmışdır.

Məqalə © AMEA YTP-dan götürülmüşdür

Faydalı Linklər