Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

25.01.2019 18:18

 

“Müasir biologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək

Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurası tərəfindən “Müasir biologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda biologiyanın aktual problemlərini özündə daha dolğun əks etdirən məruzələr dinləniləcək. Gənclər Gününə həsr olunan tədbirdə maraqlı məruzələrin müəllifləri mükafatlandırılacaq.

Konfransda AMEA-nın müxtəlif elmi-tədqiqat müəssisələrindən, respublikanın ali məktəblərindən və digər dövlət qurumlarından nümayəndələr iştirak edəcəklər.

Məqalə © https://azertag.az/ -dan götürülmüşdür

Faydalı Linklər