Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

İsmayılov Nəriman Məmməd oğlu


Anadan olduğu yer və tarix Azərbaycan, Gəncə; 08.08.1940
Bitirdiyi ali təhsil müəssisəsi, elmi dərəcəsi, elmi rütbəsi Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, Azərbaycan Dövlət Universiteti; Biologiya üzrə elmlər doktoru; Professor
Namizədlik (PhD)  dissertasiyasının mövzusu: ixtisas şifri, ixtisasın adı, mövzunun adı 2414.01; Mikrobiologiya; “Aromatik karbohidrogenləri parçalayan mikroorqanizmlərin tədqiqi”
Doktorluq  dissertasiyasının mövzusu: ixtisas şifri, ixtisasın adı, mövzunun adı 2426.01; Ekologiya; “Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün biotexnologiyalar”
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı:
Xaricdə çıxmış ümumi əsərlərin sayı:
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı:
165

38

21
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 17 patent
Kadr hazırlığı
Fəlsəfə doktorlarının sayı:
Elmlər doktorlarının sayı:

7
1
Əsas elmi nailiyyətlər SSRI-də ilk dəfə neftlə çirklənmiş torpaqlardan aromatik karbohidrogenləri parçalayan bakteriyalar (Pseudomonas aeureginosa sp., Mycobacterium sp.) ayrılmış və bu karbohidrogenləri oksidləşmə prosesləri öyrənilmişdir.
Candida sp. cinsinə aid olan maye göbələkləri tərəfindən aromatik karbohidrogenləri transformasiya etmək qabiliyyəti öyrənilmiş və bu oksidləşdirici proseslərdə sitoxrom P-450 iştirakı ilk dəfə göstərilmiş və nəticələr FEMS konqresində müzakirə edilmişdir.
Mikroorqanizmlərin oksidləşdirirci aktivliyini təyin etmək üçün üsul tədqiq olunmuş və biotexnoloji müəssədə- “Ferment” elmi-praktiki birliyində (Latviya, Vilnus) tətbiq olunmuşdur.
Karbohidrogenlərin minerallaşma əmsalının müəyyən edilməsinin metodu işlənib təklif olunmuşdur. Bu üsul hal-hazırda MDB dövlətlərinin elmi idarələrində geniş istifadə olunur.
Neftverimini artırmaq məqsədilə müasir innovativ polifunksional ekobiotexnoloji üsullar işlənib hazırlanmış, patentləşdirilmiş və hal-hazırda neft sənayesində yüksək texnoloji və iqtisadi səmərəliliyi ilə geniş istifadə olunur.
Iri sənaye mərkəzi olan Abşeron regionunda daxili bioloji resurslardan istifadə etməklə bu regiona xas olan ekoloji problemlərin – neftlə çirklənmiş torpaqların təmizlənməsi, onların münbitliyini artırmaq, şəhər torpaqlarının vəziyyətini yaxşılaşdırmaq üçün qapalı biotexnoloji təsərrüfatın yaranmasının elmi əsasları işlənib hazırlanmışdır.
Torpaq örtüyünün üzvi maddələrləçirklənməyə davamlılığını təyin etmək üçün üsul və düstür.
Neftlə çirklənmiş torpaqların və qazma şlamlarının bioloji təmizlənməsinin texnologiyaların elmi əsalarının işlənib hazırlanması-metodlar ARDNŞ və BP-də tətbiq olunur.
1999-2012-ci illardə Stambulda və Bakida keçirilmiş beynəlxalg olimpiadalarda təgdim edilmiş və 1 gızıl, üç cümüş və iki bürünc medallarla təltif edilmiş 6 ekoloji layihələırin elmi rəhbəri.
“Ekoloji mədəniyyət” və “Ekoloji mədəniyyətin dərəcəsi” konsepsiyası ilk dəfə olaraq əsaslandırılmış və irəli sürülmüşdür (Ekologiya və mədəniyyət kitabında əks olunmuşdur).
Elmi əsərlərinin adları 1. Neftçıxarımının biotexnologiyası Bakı:Elm.- 1998.- 212s. (rus).
2. Ekologiya və mədəniyyət Bakı:Elm, 2006.-742s.(rus); 2013-cü ildə kitab Almaniyanın LAP LAMBERT Academic Publishing nəşriyatı tərəfindən nəşr edilmişdir.Kitab ABŞ –ın Konqressi, Avropa birliyinin (Brussel), Stambul Universitetin, Rusiyanın Dövlət kitabxanasında və başqa ölkələrin kitabxanarında təqdim edilmişdir.
3. Azərbaycannın torpaqlarının üzvi maddələrlə çirklənməsinə qarşı davamlığına görə rayonlaşdırılmasının elmi əsasları və prinsipləri (akad. Məmmədov G.Ş.). Bakı:Elm 2006. – 212s. (az və rus).
4. Qlobalistika və Azərbaycanın ekologiyası. Bakı:Elm 2006.- 195s. (rus). 2013-cü ildə kitab Almaniyanın LAP LAMBERT Academic Publishing nəşriyatı tərəfindən nəşr edilmişdir.
5. Neftlə çirklənmiş torpaqların və qazma şlamların təmizlənməsi. Bakı:Elm 2006.- 156s. (rus).
6. Neftlə çirklənmiş torpaqların və qazma şlamların təmizlənməsi. Bakı:Elm. 2007.-166v. (az.)
7. Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının elektron ekoloji xəritəsi. (Əliyev F. Фvə b.)-2007.-33s. (rus və azerb.)
8. Praktiki ekobiotexnologiya. Bakı:Elm. 2009.- 508s.(rus).
9. Praktiki aqrobioekologiya (akad. M.Salmanov, Cəfərov Ə.). Bakı: Elm, 2013.-281s.
10. Neft-qaz geoekologiyasının əsasları (Y.İ. Pikovskiy, M.F.Doroxova). Prof. A.N.Gennadiev. Dərs vəsaiti. Moskva, 2014-555 s. (capda).
11. Ekosistemlərin ekologiyasi bə təbiətdən istifadə. (akad. G.Ş.Məmmədov və b.). Dərslik. Bakı.-2014.-666s. (rus.dilində, çapta).
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Qərbi Avropa Təbii Elmləri Akademiyasının həqiqi üzvü (Almaniya)
Pedoqoji fəaliyyəti Bakı Dövlət Universiteti
Təltif və mükafatları, digər fəaliyyəti 1. SSRİ-nin ixtiraçısı (1986-ci il)
2. SSRİ ÜXNS-nin gümüş medal (1986-ci il)
3. Nobel mükafatı laureatı A.Şveytser adına beynəlxalq medal (2007-ci il).
4. Qotfrid Leybnits adına beynəlxalq medal (2007-ci il).
5. Leonardo-da-Vinçi adına beynəlxalq medal (2009-ci il).
6. Qete adına beynəlxalq medal (2010-ci il).
7. İtaliya Təbii Elmləri Akadimiyasının gızıl medalı və diplomu (2007-ci il).
8. Avropanın fəxri ixtiraçısı (2010-ci il)
Vəzifəsi Laboratoriya rəhbəri
Əsas iş yeri və ünvanı AMEA-nın Mikrobiologiya İnstitutu Az1073, Bakı, Batamdar şossesi 40
Xidməti telefon
Mobil telefon
Faks
Elektron poçt
(+99450)3948422
(+99412)5399630
+994125024470
ismaylovn@mail.ru

 

Faydalı Linklər