Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

Struktur bölmələri


Mikrob fermentləri laboratoriyası

Tel / E-mail: (994 12) 502 43 89 feridegh@mail.ru
Struktur bölmənin rəhbəri: Fəridə Xosrov qızı Qəhrəmanova Biologiya üzrə f.d., dos.
İşçilərin ümumi sayı: 9
Bölmənin əsas fəaliyyət istiqamətləri: Mikroorqanzimlərdə oksireduktaza və hidrolazaların sintezinin fizioloji-biokimyəvi və biotexnoloji əsasların tədqiqi. 
Bölmənin əsas elmi nəticələri: Mikroorqanzimlərdə hidrolazala və oksidazaların sintezinin təbiətinin müəyyənləşdirilməsi, bitki mənşəli tullantıların utilizasiyasının bioloji üsullarının elmi və praktik əsaslarının işlənib hazırlanması.

Biokimya laboratoriyası

Tel / E-mail: +994125024359 +994125024389 efsane_huseynova@mail.ru
Struktur bölmənin rəhbəri: İlham Əzizxan oğlu Əliyev Biologiya üzrə f.d.
İşçilərin ümumi sayı: 9
Bölmənin əsas fəaliyyət istiqamətləri: Azərbaycan florasına daxil olan dərman bitkilərinin antifunqal aktivliyinin öyrənilməsi və mikroorqanzimlərdən bioloji aktiv maddələrin ayrılması. 
Bölmənin əsas elmi nəticələri: Azərbaycanda qida, tibbi və yem məqsədləri üçün istifadə edilən bitki materiallarının mikobiotasının formalaşmasında iştirak edən göbələklərin sintez etdiyi bioloji aktiv maddələrin təbiətinin müəyyənləşdirilməsi.

Eksperimental mikologiya laboratoriyası

Tel / E-mail: (994 12) 502 43 89 Kasumovas@mail.ru
Struktur bölmənin rəhbəri:Svetlana Yusif qızı Qasımova Biologiya üzrə f. d., dos.
İşçilərin ümumi sayı: 10
Bölmənin əsas fəaliyyət istiqamətləri: Azərbaycanın müxtəlif biotoplarına aid mikromitsetlərinin fiziologı-biokimyəvi xüsusiyyətləri. 
Bölmənin əsas elmi nəticələri: 
1. Azərbaycanın neftlə çirklənmiş torpaqların mikrobiotası öyrənilmişdir
2. Nefti, xüsusən naftalan neftinini, parcalayan göbələk ştamları ayrılmışdır
3. Azərbaycanın müxtəlıf torpaq tiplərindən biologı aktiv maddələrin produsentləri ayrılmışdır.

Su mikrobioloqiyası laboratoriyası

Tel / E-mail: (994 12) 502 43 89 saribala-aliyev@rambler.ru
Struktur bölmənin rəhbəri: Sarıbala Nəzər oğlu Əliyev Biologiya üzrə f. d., dos.
İşçilərin ümumi sayı: 9
Bölmənin əsas fəaliyyət istiqamətləri: Xəzər dənizinin Azərbaycan sahillərinin və ora axan əsas çayların ekoloji mikrobiologiyasının öyrənilməsi. 
Bölmənin əsas elmi nəticələri: Xəzər dənizinin və çay sularının mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplanmış, suyun və qruntun avtoxton mikrobiotasının tərkibi və yayılması qanunauyğunluqları müəyyən edilmişdir.

Ekoloji mikrobiologiya laboratoriyası

Tel / E-mail: (994 12) 502 43 59 ismaylovn@mail.ru
Struktur bölmənin rəhbəri: Nəriman Məmməd oğlu İsmayılov Biologiya üzrə e. d., prof.
İşçilərin ümumi sayı: 9
Bölmənin əsas fəaliyyət istiqamətləri: Azərbaycanın müxtəlif tip torpaqlarındakı mikroorqanizlərin azot mübadiləsindəki rolunun öyrənilməsi.
Bölmənin əsas elmi nəticələri: Azərbaycanının müxtəlif tip torpaqlarında yayılmış mikroorqanzimlərin ekoloji amillərdən asılı olaraq say dinamikasının və maddələr mübadiləsindəki aktivliyinin dəyişilməsinin aydınlaşdırılması.

Mikrob kulturalarının kolleksiyası laboratoriyası

Tel / E-mail: (994 12) 502 43 59 ayemen@mail.ru
Struktur bölmənin rəhbəri: Yəmən Yusif qızı Atakişiyeva Biologiya üzrə f. d., dos.
İşçilərin ümumi sayı: 9
Bölmənin əsas fəaliyyət istiqamətləri: Kolleksiyanın mikroorqanizm kulturaları, o cümlədən biotexnoloji baxımdan potensialı olan ştammlarla zənginləşdirilməsi və uzun müddətli konservasiya üçün hazırlanmış metodlardan istifadə etməklə mikroorqanizmlərin həyat qabiliyyətinin saxlanılması.
Bölmənin əsas elmi nəticələri: Azərbaycan torpaqlarından ayrılmış 600-dən çox mikroorqanizm ştammı, o cümlədən, 310 bakteriya kulturası, 250 mitselili və 40 maya göbələyi ştammı olan kolleksiya yaradılmışdır.

Torpaq mikrobiologiyası laboratoriyası

Tel / E-mail: (994 12) 502 43 59 nadjafovas@rambler.ru
Struktur bölmənin rəhbəri: Samirə İmamyar qızı Nəcəfova Biologiya üzrə f. d.
İşçilərin ümumi sayı: 9
Bölmənin əsas fəaliyyət istiqamətləri: Torpaq mikroorqanizmlərinin müxtəlifliyinin, onların morfoloji və fizioloji xüsusiyyətləri, həmçinin əsas bioloji elementlərin dövraninda mikroorqanizmlərinin rolunun öyrənilməsi. Landsaftin çirklənməyə davamlılığı probleminin nəzəri əsaslarının işlənib hazırlanması. 
Bölmənin əsas elmi nəticələri: Böyük Qafqazın şimal-şərq hissəsinin əsas torpaq tip və yarımtiplərinin torpaq biogeosenozunun strukturunun fizioloji-biokimyəvi və ekoloji xüsusiyyətləri öyrənilib. Bunların əsasında torpağın biogenliyindən asılı olaraq torpaqların mikrobioloji xəritələşdirilməsi və rayonlaşdirılması aparılıb.

Faydalı Linklər