Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

Əsas fəaliyyət istiqamətləri


  • Təbii biotoplarda yayılan mikroorqanzimlərin müxtəlifliyinin və onlardan istifadənin ekoloji, fiziolo-biokiməvi və biotexnoloji əsaslarının tədqiqi.
  • Əsas elmi nəticələr

  • 1.Ksilotrof  makromisetlərdə induktiv sintez olunan bəzi hidrolazaların  yüksək bazal səviyyə ilə xarakterizə olunması müəyyən edilmiş, bitki tullantılarının “az tullantılı və ya konkret mərhələdə tullantısız” texnologiya prinsipinə uyğun səmərəli biotransformasiyasının elmi və praktiki əsasları işlənib hazırlanmışdır;
  • Azərbaycan florasına daxil olan bitkilərdən    göbələklərə  seçici təsirə malik efir yağları ayrılmışdır;
  • Göbələklərin  müxtəlif saylı karbon atomları və müxtəlif funksional qruplu poliasetilenlərin qarışığından ibarət birləşmələri sintez edə bilməsi gösətrilmiş,  kimyəvi sintezdən fərqli olaraq bu proses  zamanı  poliasetilen sırası birləşmələrdən olan optiki aktiv qlikollarla yanaşı ketospirtlərin də sintez olunması müəyyən edilmişdir;
  • Azərbaycanın su ekosistemlərinin müasir ekoloji vəziyyəti mikrobioloji cəhətdən qiymətləndirilmiş,  neft və neft məhsulları ilə çirklənmiş su və torpaqların təmizlənməsinin  biotexnoloji əsasları hazırlanmış, bu məqsədlə istifadəsi effektiv olan mikroorqanzim assosasiyasında təmsil olunan növlərin  optimal nisbəti tapılmışdır; 
  • Azərbaycan təbiətinə  xas  olan mikobiota üçün 30-dan çox yeni növün yayılması müəyyən edilmişdir.
  •   

     

    Faydalı Linklər