AMEA-nın Mikrobiologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, professor Nəriman İsmayılovun “Praktiki ekobiotexnologiyanın elmi əsasları” kitabı Rusiyada çapdan çıxıb.

Monoqrafiya müasir sosial cəmiyyətin inkişafının bütün sahələrində olan aktual ekoloji problemlərin həllinə imkan verən müasir biotexnologiyalara həsr olunub.

Müəllif ətraf mühitin müasir ekoloji vəziyyətinin, biosferin bioassimilyasiya potensialının analizini aparıb, ətraf mühitin mühafizəsi üçün müasir biotexnoloji üsullardan istifadə yollarını göstərib.

Vəsaitdə texnoloji bioenergetikanın, bioparçalanan materialların alınması, üzvi tullantıların təkrar emalının müxtəlif istiqamətləri, neft məhsulları, pestesidlər, ağır metallarla çirklənmiş torpaqların bioloji təmizlənməsi, neft şlamlarının utilizasiyası kimi aktual məsələlər öz əksini tapıb. Bu proseslərin mikrobioloji, biotexnoloji, biokimyəvi əsasları ümumiləşdirilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© www.science.gov.az