Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Elmi şurasının 2024-cü il üçün ilk iclası keçirilib.

İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri və Gənc Alim və Mütəxəssislər Şurasının sədri iştirak ediblər.

Elmi şuranın sədri institutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov cari ildə şuranın işinə uğurlar arzu edərək gündəlikdə müzakirə olunacaq məsələləri iştirakçıların diqqətə çatdırıb.

İclasda qarşısında duran vəzifə və öhdəliklər, institutun fəaliyyətinin yeni tələblər əsasında qurulması, cari il üçün prioritetlərinin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında müzakirələri aparılıb.

Tədbirdə institutun 2021 - 2025-ci illər üçün qəbul edilmiş elmi-tədqiqat mövzuları üzrə 2024-cü ildə yerinə yetiriləcək işlər geniş müzakirə edilərək təsdiq olunub.

Elmi şuranın iclasında, həmçinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində institutun görəcəyi işlər, planlar barədə danışılıb.

Daha sonra şurada dissertasiya işlərinin müzakirəsi aparılıb. Elmi Şuranın üzvləri müzakirələrdə fəal iştirak edərək, fikir və təkliflərini səsləndiriblər. Dissertasiya işlərinin seminar protokolu, dissertasiya işinin ilkin müzakirəsi protokolu müzakirə edilərək təsdiq edilib.

İclasın sonunda gündəlikdə duran digər məsələ - 2 fevral Gənclər günü münasibəti ilə institutun elm sahəsində fəaliyyətinə görə fərqlənən elmi tədqiqatçıların mükafatlandırılmas nəzərdə tutularaq müzakirə edilib və üçün müvafiq qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.