Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Bioloji aktiv maddələr laboratoriyasının elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Səbinə Cəfərzadə 21–26 mart 2024-cü il tarixlərində İstanbulda təşkil olunmuş “Eğitimçinin eğitimi” təhsil forumunda iştirak edib.

Seminarların əsas məqsədi özünü inkişaf, Türkiyənin tanınmış universitetlərinin qabaqcıl təcrübəsinin öyrənilməsi, yeni bilik və bacarıqların əldə edilməsi olub.

S.Cəfərzadə təşkil olunmuş təhsil forumu çərçivəsində İstanbulda yerləşən 4 tanınmış Universitetində olub. İstanbulun Nişantaşı, Altınbaş, Beykent və Haliç Universitetlərini ziyarət edib təlim-tərbiyə sistemi, müəllim-tələbə münasibətləri, gələcək ortaq layihələrin müzakirəsi ilə bağlı professor-müəllim heyəti ilə ətraflı müzakirələr aparılmışdır.

”Eğitimcinin Eğitimi”, “Profesyönel Öğretmen&Kaliteli Eğitim”, ”Uluslararası Güncel Sorunlar”, ”Öğrenci Dekanlığı”, ”Modern Eğitimde Yeni Yaklaşmalar” mövzusunda seminarlarda iştirak edərək sertifikatlarla təltif olunub.

Görüşdə əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsi, müasir metodların tətbiqi ilə bu və ya digər sahə üzrə gənc mütəxəssislərin hazırlanması məsələləri müzakirə edilib.