AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 26 oktyabr 2023-cü il tarixli 3-29/3-1-1359K/2023 nömrəli əmri ilə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Təqdimat mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illiyi ilə əlaqədar 14 mart 2024-cı il tarixində sözügedən universitetdə keçirilən tədbirində baş tutub. Medal ADPU-nun rektoru professor Cəfər Cəfərov tərəfindən təqdim edilib.
Qeyd edək ki, medal ilə ölkənin elm və təhsilinin inkişafı sahələrində xüsusi xidmətləri olan şəxslər təltif edilir.