Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı III respublika müsabiqəsinə təqdim olunan əl işlərinin qiymətləndirilməsi başa çatıb.

Yekun iclas 16 may 2023-cü il tarixində AMEA-nın Əsas binasında (2-ci mərtəbədəki Akt zalında saat 10:00-da sərgiyə baxış, 11:00-da isə tədbirin rəsmi hissəsi) keçiriləcək. (Ünvan: Hüseyn Cavid pr.,115)

Respublikanın müxtəlif bölgələrindən qatılmaq istəyən şagirdlərin də iştirakını təmin etmək məqsədilə tədbirə onlayn qatılmaq imkanı yaradılıb. Arzu edənlər tədbirə bu link vasitəsilə qoşula bilər:

Meeting ID: 851 4566 5366 

Passcode: 328224

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.