Yaranma Tarixi
Azərbaycan MEA-nın Mikrobiologiya İnstitutunun əsası 1972-ci ildə qoyulmuşdur. Səciyyəvidir ki, Azərbaycanda ümumi mikrobiologiyanın bir çox sahələri 20 ilə qədər müddətdə AMEA-nın Torpaqşünaslıq və aqrokimya, Zoologiya İnstitutlarında kiçik bölmələrdə inkişaf etdirilmişdir, lakin 1972-ci ilin fevralında AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən Mikrobiologiya bölməsi (sektoru) yaradıldı və 1994-cü ilə kimidə həmin adla fəaliyyət göstərmişdir. Bölmənin yaradılmasında mərhum akademik M.Q.Qəniyevin və b.e.d., prof. Nisəxanım Mehdiyevanın böyük rolu olmuşdur.
02 noyabr 1994-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 375 №-li Qərarı ilə Mikrobiologiya bölməsinə İnstitut statusu verilib və 12 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən elmin mikrobiologiya və biotexnologiya sahələrinə aid fundamental elmi-tədqiqat işləri aparan dövlət müəsissəsi kimi dövlət qeydiyyatına (Şəhadərtnamə № D-889) alınıbdır. Hazırda Mikrobiologiya İnstitutu AMEA-nın struktur vahidi kimi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində fəaliyyətini davam etdirir.
Mikrobiologiya İnstitutuna 1972-ci ildən 1981-ci ilə kimi b.e.d. professor N.Ə Mehdiyeva, 1981-ci ildən 2002-ci ilə kimi AMEA-nın həqiqi üzvü M.Ə.Məmmədyarov, 2002-ci ildən 2020-ci ilə kimi AMEA-nın həqiqi üzvü M.Ə.Salmanov rəhbərlik etmişdir. 8 may 2020-ci il tarixindən etibarən isə AMEA-nın müxbir üzvü P.Z.Muradov direktor vəzifəsini icra edir.
Əsas Fəaliyyət İstiqamətləri
Mikrobiologiya və biotexnologiya sahəsində fundamental və praktiki tədqiqatlar aparmaq.
Əsas Elmi Nəticələr
Ksilotrof makromisetlərdə induktiv sintez olunan bəzi hidrolazaların yüksək bazal səviyyə ilə xarakterizə olunması müəyyən edilmiş, bitki tullantılarının “az tullantılı və ya konkret mərhələdə tullantısız” texnologiya prinsipinə uyğun səmərəli biotransformasiyasının elmi və praktiki əsasları işlənib hazırlanmışdır;
Aparılan tədqiqatlar nəticəsində Azərbaycan təbiəti üçün yeni olan Botrytis longibrachiata Oudem., Aspergillus ornatus Raper, Aspergillus restrictus G. Sm., Ascochyta glycyrrhizae Vasyag., Circinella muscae (Sorokin) Berl. & De Toni Nirenberg, Phyllosticta glycyrrhizae (Hollós) Y.S. Paul & L.N. Bhardwaj, Ramularia meliloti Ellis & Everh, Ascosphaera apis (Maasen ex Claussen) L.S. Olive & Spiltoir, Aspergillus ornatus Raper, Fennell & Tresner, Penicillium echinulatum Raper & Thom ex Fassat, Phoma herbarum f. glycyrrhizae Hollós, Ramularia meliloti Ellis & Everh, Trametes gibbosa (Pers.) Fr. və Zygorhynchus heterogamus (Vuill.) Vuill. kimi növlərin yayılması müəyyən edilmiş və təmiz kulturaya çıxarılmışdır.
Azərbaycanın su ekosistemlərinin müasir ekoloji vəziyyəti mikrobioloji cəhətdən qiymətləndirilmiş, neft və neft məhsulları ilə çirklənmiş su və torpaqların təmizlənməsinin biotexnoloji əsasları hazırlanmış, bu məqsədlə istifadəsi effektiv olan mikroorqanzim assosasiyasında təmsil olunan növlərin optimal nisbəti tapılmışdır;
Azərbaycan florasına daxil olan Artemisia vulgaris L (Adi yovşan), Artemisia absinthium L. (Acı yovşan)lardan və Salvia officinalis L.(şalfey) kimi bitkilərdən alınan efir yağları ilə Naftalan neftindən yüksək təmizləmə texnologiyası əsaında alınan Ağ naftalan yağının yüksək bakterisid və fungisid aktivliyə malik və bu sahədə məlum olan kompozisiya ilə müqayisədə daha geniş spektrli təsir effektinə malik olan kompozisiyalarının optimal nisbətli variantı hazırlanmışdır.
Azərbaycan florasına daxil olan Apium graveolens L., Artemisia absinthium L., Mentha piperita L. və s. kimi dərman bitkilərindən alınan sulu ekstratktlar və efir yağları Azərbaycanda geniş yayılan toksigen göbələklərin fəaliyyətinin qismən və ya tam məhdudlaşdırlmasında effektli olan preparatların alınması üçün perspektivli mənbə olması müəyyən edilmişdir.
Göbələk mənşəli bioloji aktiv maddələrin (fermentlər, fitohormonlar və s.) aktiv produsentlərinin tapılması və istehsalının təşkili üçün elmi və praktiki bazanın hazırlanması