Bu gün mikrobiologiya sahəsində tanınmış alim və pedaqoq, səriştəli elm təşkilatçısı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Pənah Zülfiqar oğlu Muradovun doğum günüdür.

Doğum günü qeyd olunan alimin elmi fəaliyyətinin bəzi məqamlarına nəzər salaq.

Pənah Muradov1989-cu ildə 29 yaşında Moskva Dövlət Universitetinin professoru Anatoliy Klyosovun elmi rəhbərliyi ilə “Mikrobiologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru(keçmiş elmlər namizədi), 2004-cü ildə isə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib. 1995-ci ildə dosent, 2011-ci ildə professor elmi adına layiq görülüb, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilibdir.

Alimin elmi rəhbərliyi ilə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük əməyi vardir. Onun elmi rəhbərliyi ilə 28 fəlsəfə, 3 elmlər doktoru hazırlanmışdır ki, onların arasında xarici ölkə vətəndaşları da yer alır.

Professor əmək fəaliyyətinə AR ETN-nin (keçmiş AMEA-nın) Mikrobiologiya İnstitutunda baş laborant kimi başlamış, kiçik elmi işçi, əyani aspirant, elmi işçi, böyük elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. 1995-ci ilinaprel ayından2020-ci ilinmay ayına kimi Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2020-ci ilin may ayındandirektor vəzifəsini icra etmiş və 2021-ci ilin iyul ayından hal-hazıra kimi Mikrobiologiya İnstitutun baş direktor vəzifəsində işləyir.

2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın biologiya və aqrar elmləri üzrə ekspert komissiyasının üzvü seçilib, 2009-cu ildən 2021-ci ilə kimi həmin komissiyanın sədr müavini olubdur. 2013-cü ildən AMEA-nın Aqrar elmlər bölməsinin büro üzvü, həmçinin Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvüdür. 2009-cu ildən Gürcüstan Mikrobioloqlar Cəmiyyətinin “Mikrobiologiya və biotexnologiya” və Moskva Dövlət Vilayət Universitetinin “MDVU-nun Xəbərləri, təbiət elmlər seriyası” jurnallarının redaksiya heyətinin üzvüdür.Qazaxıstanda nəşr edilən “Mikrobiologiya və Virusologiya”, Rusiyada nəşr edilən “Həştərxan Dövlət Universitetinin elmi xəbərləri” jurnallarının Redaksiya Heyətinin üzvüdur.

P.Z.Muradovun 280-dən çox elmi əsəri dərc edilib. Onlardan biri monoqrafiya, 2-i kitab, 5-i müəlliflik şəhadətnaməsidir. Onun əsəsrlərinin yarıdan çoxu ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Hindistan, Ukrayna, Belarusiya, Çexiya, Macarıstan, Gürcüstan, Ruminiya, Braziliya və s. kimi ölkələrdə nəşr edilən  nüfuzlu nəşrlərdə dərc edilibdir. Bir neçə dəfə Beynəlxalq qrant layihələrənin(SRDF və STSU) qalibi olmuşdur. Mikrobiologiya elminin inkişafındakı xidmətlərinə görə 3 dəfə AMEA-nın “Fəxri Fərmanına” layiq görülmüşdür.

Hazırda Pənah Muradovun rəhbərliyi iləmüəssisənin fəaliyyətinin müasirləşdirilməsi, mütəxəssis hazırlığı, işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi yolunda əməli addımlar atılmışdır. P.Muradovun təşəbbüskarıığı iləbu gün elmi nəticələrin tətbiqi sahəsində bir çox qurumlarla birgə işlər aparılır və artıquğurlu nəticələrə imza atılıb, həmçinin bir sıra sahələrdə praktiki layihələr həyata keçirir.

Mikrobiologiya İnstitutunun kollektiv və yetirmələri olaraq çox hörmətli rəhbərimiz Pənah müəllimi bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda gərgin əmək və məsuliyyət tələb edilən işlərində yeni-yeni uğurlar arzulayırıq!