Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının aparıcı elmi işçisi b.üf.d. Aygün Qasımovanın “Urbanizasiyanın Bakı şəhər torpaqlarının öz-özünü təmizləmə qabiliyyətinə təsiri (Yasamal rayonunun nümunəsində)” adlı monoqrafiyası işıq üzü görüb.

Kitab urbanizasiyanın şəhər torpaqlarına təsirinin tədqiqinə həsr olunub.

Monoqrafiyada şəhər torpaqlarının biogenliyini əks etdirən mikrobioloji və biokimyəvi göstəricilərə çirkləndiricilərin təsirinin qiymətləndirilməsi haqqında məlumatlar öz əksini tapıb. Torpaq örtüyünün öz-özünü təmizləmə qabiliyyətinin istiqamətli idarə edilməsi məqsədi ilə ikincili resurslardan istifadə imkanlarının əhəmiyyəti göstərilib.

Kitab mikrobiologiya, torpaqşünaslıq və ekologiya sahəsində elmi fəalliyətlə məşğul olan mütəxəsislər üçün, həmçinin də ətraf mühitin mühafizəsi tədbirlərində elmi vəsait olaraq istifadə üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.