Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda 2024-cü ilin yay sessiyasında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantların ixtisas imtahanı keçirilib.
İmtahana 2430.01 – “Mikologiya” ixtisası üzrə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, 2414.01 – “Mikrobiologiya” ixtisası üzrə isə“Mikrobioloji biotexnologiya” laboratoriyasının müdiri b.e.d., prof. Könül Baxşəliyeva sədirlik edib.
İmtahan komissiyasının üzvləri – professorlar Nəriman İsmayılov, Elman İsgəndər, dosentlər Samirə Nəcəfova, İradə Babayeva, biologiya üzrə fəlsəfə doktorları İlham Əliyev, Vəfa Həsənovanın və “Təhsil,İnformasiya və Əlaqələr Şöbəsi”nin müdiri b.ü.f.d. Vüsalə Xəlilzadənin iştirakı ilə keçirilib.
“Mikrobiologiya” ixtisası üzrə bir, “Mikologiya” ixtisası üzrə isə iki nəfər imtahan veriblər. İddiaçılar imtahan biletlərinin suallarını ilk öncə yazılı sonra şifahi izah edib, komissiya üzvlərinin suallarını cavablandırıblar. Cavablar komissiya üzvləri tərəfindən müvafiq ballarla qiymətləndirilmiş və imtahan uğurla başa çatmışdır