Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şura öz işinə Mikrobiologiya İnstitutunun “Su mikrobiologiyası” laboratoriyasının müdiri, institutun Həmkarlar İttiqaqı Komitəsinin sədri, b.ü.f.d., dos. Anar Teyyub oğlu Hüseynovun xatirəsinə hörmət və ehtiramını bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Elmi şuranın sədri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov gündəlikdə olan məsələlər haqqında şura üzvlərini məlumatlandırdı:
- 2024-cü ildə doktorantura və dissertanturaya qəbulun nəticəsi;
- 2024-cü ildə yerinə yetiriləcək cari məsələlər.
Təhsil, İnformasiya və Əlaqələr şöbəsinin müdiri b.ü.f.d. Vüsalə Xəlilzadə 2024-cü ildə elmlər doktoru hazırlığı üzrə qiyabi doktoranturaya 1 nəfər və dissertanturaya 1 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə isə əyani doktoranturaya 1 nəfər qəbul olunanlar barəsində məlumat verdi.
İnstitutun elmi-tədqiqat mövzuları üzrə 2024-cü ildə yerinə yetiriləcək işlərin icrası, nəzərdə tutulan tədqiqat mövzularının müzakirəsi aparıldı, yekunlaşması ilə bağlı tapşırıqlar verildi.
İclasda institutun fəaliyyətinin yeni tələblər əsasında qurulması və digər məsələlər ətrafında müzakirələr aparıldı. Sədr bu istiqamətdə qarşıda duran işlərin günün tələblərinə uyğun olaraq qurulmasından və s. bəhs edərək aidiyyati tapşırıqlar verdi.
İclasın sonunda Elmi Şura üzvlərinin təklifləri dinlənildi və bir sıra məsələlərin həlli yolları müəyyən edildi.