Ölkəmiz üçün çətin və eyni zamanda şanlı bir dövrdə istər Azərbaycan əsgər və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də xalqımızın nümayiş etdirdiyi möhkəm birlik, həmrəylik və Vətənə sevgi hər bir vətəndaşlarımızda milli qürur və fəxarət hissi yaşadır.

Ordumuza dəstək olmaq məqsədilə AMEA-nın Mikrobiologiya İnstitutunun kollektivi Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 2500 manat vəsait köçürüb. Alimlər ordumuzun qələbəsinə inanır və ona dəstək verir.

İnstitutun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Pənah Muradov ordumuza dəstəyin davamlı olacağını bildirib.

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

© www.science.gov.az