Mikrobiologiya İnstitutunda təhsil alan magistrantların 2020-2021–ci tədris ili üzrə qış imtahan sessiyası davam edir.

Yanvarın 22-də mikrobiologiya ixtisası üzrə II kursda təhsil alan magistrant Müjgan Məsimi ekoloji mikrobiologiya fənnindən onlayn imtahan verib.

İmtahan institutda yaradılmış imtahan komissiyasının üzvləri və fənn müəllimi tərəfindən götürülüb.

Mikrobiologiya İnstitutunda növbəti imtahan yanvarın 25-də keçiriləcək.