Mikrobiologiya İnstitutunun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov akademiyanın Lənkəran Regional Elmi Mərkəzi (LREM) ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Lənkəran şəhərində ezamiyyətdə olub.  

LREM-in direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevlə görüşdə birgə mümkün tədqiqat istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra P.Muradov mərkəzin təcrübə sahələrinə baxış keçirib, görülən işlərlə yerində tanış olub, birgə tədqiqatların daha da genişləndirilməsi qərarlaşdırılıb.

© www.science.gov.az