AMEA-nın Mikrobiologiya İnstitutunda Elmi şuranın 8 - Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan onlayn tədbir keçirilib.
İclası müəssisənin direktor v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq kollektivinin bütün qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Pənah Muradov bildirib ki, institutun elmi-ictimai fəaliyyətində aktiv iştirak edən institutun iki qadın əməkdaşı, Biologiya üzrə fəlsəfə doktoru, dosent Atakişiyeva Yamən Yusif qızı və kitabxana müdiri Vəliyeva Yaylas Nəsrəddin qızı əlamətdar gün münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanıyla təltif olunublar.
Tədbirin sonunda əməkdaşlar təbriklərə qoşularaq müəssisənin bütün qadınlarına əldə etdikləri nailiyyətlər ilə fəaliyyətlərində daha da irəliləməyi arzu ediblər.