Aprelin 2-də Mikrobiologiya İnstitutunda 2020-2021–ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahan xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil edilib. Mikrobiologiya və mikologiya ixtisasları üzrə imtahanlar Mikrobiologiya və Botanika institutlarının doktorantları üçün keçirilib.

İmtahan prosesinə institutun direktor vəzifəsini icra edən, imtahan komissiyasının sədri Pənah Muradov nəzarət edib.