19 Aprel 2021- ci il tarixdə AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.07 Dissertasiya Şurasının onlayn iclası keçrilib. İclasda Səfərəliyeva Emilya Mizandar qızının 2414.01 – mikologiya ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Antropogen təsirə məruz qalmış biotopların mikobiotasının formalaşmasında iştirak edən göbələklərin növ tərkibi və ekofiziologiyası” mövzusunda təqdim etdiyi dissertasiya işi müdafiə edilib.

Təqdim olunan iş Abşeron yarmadasında müxtəlif xarakterli antropogen təsirə məruz qalan boz qonur torpaqlarını göbələk biotasının növ tərkibinə, mikokompleksin formalaşmasında iştirak edən növlərin ekolo-trofik əlaqələr baxımından ixtisaslaşmasının təzahür formalarına, ekofiziologiyasına, eləcə də göbələklərin antropogen təsirlərə cavab reaksiyasına görə qiymətləndirilməsinə həsr edilmişdir.

Dissertasiya işi şuranın üzvüləri tərəfindən müsbət qiymətləndirilib. E.Səfərəliyevanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması barədə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası qarşısıda vəsatət qaıdırılmışdır.