24 may 2021- ci il tarixdə akademik M.Ə.Salmanovun sədirliyi ilə AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.07 Dissertasiya Şurasının növbəti onlayn iclası keçrilib. İclasda Səfərova Aytən Şamil qızının 2430.01 -“Mikologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Müxtəlif ekoloji şəraitdə yayılan Alhagi maurorum Medik bitkisinin mikobiotası və fungisid xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işi dinlənilib.
Təqdim olunan iş Azərbaycanın ekoloji cəhətdən fərqli ərazilərində yayılmış dəvətikanı bitkisinin mikobiotasının və tərkib komponentlərinin fungisid xüsusiyyətlərinin müqayisəli öyrənilməsinə həsr edilib.
Dissertasiya işi gizli və açıq səsvermə yolu ilə şuranın üzvüləri tərəfindən müsbət qiymətləndirilib və Aytən Səfərovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması barədə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası qarşısıda vəsatət qaldırılıb.