AMEA-nın Mikrobiologiya İnstitutunda 2021-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda mikologiya ixtisası üzrə iki nəfər iştirak edib. Onlar test üsulu ilə 50 sualı cavablandırıblar. İddiaçılar Əsmər Məmmədova və Gültəkin Ərəbovanın imtahan nəticələri “əla” qiymətləndirilib.

Qeyd edək ki, doktorluq imtahanının keçirilməsi üçün ixtisas üzrə imtahan komissiyası yaradılıb. İmtahanda komissiyanın sədri Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, komissiyanın üzvləri professor Fəridə Qəhrəmanova, dosent Şakir Qasımov, biologiya üzrə fəlsəfə doktorları İlham Əliyev və İnstitutun Təhsil şöbəsinin müdiri Aygün Qasımova iştirak ediblər.