AMEA-nın Mikrobiologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradovun sədrliyi ilə baş tutan iclasda qurumun 6 laboratoriyasının 2021-ci il ərzində elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı yekun illik hesabatları dinlənilib.

Tədbirdə Torpaq mikrobiologiyası, Eksperimental mikologiya, Mikrobioloji biotexnologiya, Bioloji aktiv maddələr, Fitopatogen mikroorqanzimlər və bioloji nəzaərət, Su mikrobiologiyası  laboratoriyalarının müdirləri çıxış edərək aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktik əhəmiyyəti haqqında məlumat verib, sualları cavablandırıblar.

Sonra P.Muradov institutun struktur bölmələrinin cari ildə öz fəaliyyətlərində ölkə başçısının Fərman və sərəncamlarını, Dövlət proqramlarını, eləcə də AMEA-nın Ümumi yığıncağı və Akademiyanın Rəyasət Heyətinin qərarlarını əsas götürdüyünü, tematik planda nəzərdə tutulan işləri yerinə yetirməyə nail olduqlarını vurğulayıb. Cari hesabat ilində, həmçinin işğaldan azad olunan ərazilərdə elmi-tədqiqat işlərinin həyata keçirilməsini qürurverici hal kimi qiymətləndirib.

P.Muradov elmi fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı laboratoriya müdirlərinə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb və növbəti ildə fundamental tədqiqatlarla yanaşı, respublika iqtisadiyyatına töhfə verəcək işlərə üstünlük verilməsinin vacibliyini qeyd edib.

Sonda yekdilliklə hesabatların qəbul olunması haqqında qərar verilib.