AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdikdən sonra Bölmə üzrə 2021-ci ilin yekunları barədə məlumat verib.

Sonra BTEB institutlarının 2022-ci il üçün elmi tədqiqatlarının əhatəli planları, institutlarda attestasiyaların keçirilməsi və bunun üçün komissiyaların yaradılması, bəzi əməkdaşların yubileyləri ilə bağlı onlara Bölmənin Fəxri fərmanların verilməsi, 2021-ci ildə Bölmənin iclaslarında elmi məruzələrin dinlənilməsi və s. məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

İclasda bir sıra təşkilati məsələlərə də baxılıb.