Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat etmişdir.
Neft kimyası sahəsində böyük elmi nəaliyyətlər əldə edən M.Məmmədyarovun elmi fəaliyyətinin böyük bir hissəsi müəyyən bir dövrü Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu ilə bağlıdır. Belə ki, 1981-ci ildən 2002-ci ilə kimi AMEA Mikrobiologiya İnstitutuna rəhbərlik edib və 1994-cü ilə kimi AMEA-nın Mikrobiologiya sektoru kimi fəaliyyət göstərəmn bir qurumun İnstitut statusu alması məhz onun fəaliyyətinin nəticəsidir.
Mikrobiologiya İnstitutuna rəhbərlik etməyə başladığı andan onun təşəbbüsü ilə sektorun tematikası respublikada mikrobioloji sintez məhsulları istehsalının tamamilə olmadığı şəraitdə regional əhəmiyyətli mikrobioloji məsələlərin həllinə yönəldilmişdir.
Neft mikrobiologiyası sahəsində rəhbərliyi ilə ilk dəfə neft laylarında mikrobioloji proseslərin modelləşdirilməsi həyata keçirilib. Alınmış nəticə mədən şəraitində sınaqdan keçirilmiş və “Azneft” tərəfindən tətbiq üçün qəbul edilmişdir. Bununla yanaşı, Abşeronun neftlə çirklənmiş torpaqlarından ayrılmış aktiv ştamların içərisindən kultural məhlulların səthi gərilməsini təxminən 3 dəfə aşağı salan ştamlar müəyyən edilmişdir ki, bu da həmin məhlullardan ağır neft qalıqlarmı yumaq üçün detergent kimi istifadə olunub. Abşeronun neftlə çirklənmiştorpaqlarının biologiyasının tədqiqi torpaqların öz-özünü təmizləməsi prosesini intensivləşdirmək məqsədilə mikroorqanizmlərin biogeokimyəvi fəaliyyətinin tənzimlənməsinin elmi əsaslarını işləyib hazırlamağa imkan verdi.
Alimin rəhbərliyi ilə neftlə çirklənmiş torpaqların bərpası üçün təklif olunmuş üsul keçmiş SSRİ-nin Xalq Təssərüfatı Nailiyyətləri Sərgisinin gümüş və bürünc medalına layiq görülmüşdür.
Abşeronun lay sularından və sənaye müəssisələrinin dövrü su təchizatı sistemindən biokorroziya və biozədələnmə törədən mikroorqanizmlər ayrılmış və identifikasiya olunmuşdur. Avadanlıqların su sistemində biokorroziyadan müdafıəsi üçün bakterisid-inhibitorların kompleks preparatı təklif olunmuşdur ki, o da Rusiyanm, Ukraynanın, Moldovanın və Gürcüstanın bir sıra kağız-sellüloz və patka-nişasta sənaye müəssisələrində tətbiq edilir.
Ağacparçalayan bazıdil göbələklərin fermentlərinin sintezinin və sekresiyasının xüsusiyyətlərinin öyrənilməsi, müxtəlif fızioloji aktiv maddələrlə zəngin olan yem əlavələrinin alınmasınm tullantısız biotexnologiyasının işləyib yaradılmasına gətirib çıxarmışdır ki, bu da 1986-ci ildə keçmiş Çexoslovakiyada keçirilən “Aqrokompleks-86” beynəlxalq sərgidə birinci dərəcəli diploma və qızıl medala layiq görülmüşdür.
Bundan başqa, Abşeronun şərabçılıq və yağ zavodlarının tullantılarından istifadə olunmaqla, mitsello göbələklərlə oymamış yağ turşularının biosintezinin idarə olunmasınm fızioloji- biokimyəvi aspektləri ətraflı tədqiq olunmuşdur. Tərkibində olein, qamma linolein və araxidon turşuları olan lipidlərin alınmasının biotexnoloji üsulu işlənib hazırlanmışdır. Bundan əlavə, Abşeronun neftlə çirklənmiş torpaqlarından lipogen mikroorqanizmlərin aktiv ştamları da ayrılmışdır. Həmçinin, Gədəbəyin filiz yataqlarının mikroflorasının fızioloji- biokimyəvi xüsusiyyətlərinin və bakterial oksidləşmə proseslərinin optimallaşdırılmasının tədqiqi misin ayrılmasının texnoloji sxemini təklif etməyə imkan vermişdir. Proses Mərkəzi Geologiya Elmi-Tədqiqat İnstitutunun Bakı fılialı ilə istehsalatda sınaqdan keçirilmiş və nəticədə mis sulfatın suda məhlulu alınmışdır.
Alimin elmi tədqiqatlarının nəticələri 5 monoqrafıyada, 500-ə qədər elmi məqalədə və 60-dan artıq ixtirada öz əksini tapmışdır. M.Məmmədyarov 6 elmlər doktoru və 21 elmlər namizədi yetişdirmişdir. AMEA Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradovun doktorluq dissertasiyasının elmi məsləhətçisi də məhz mərhum akademik olmuşdur.
Görkəmli alim, bənzərsiz şəxsiyyət akademik Məhərrəm Məmmədyarovun xatirəsi həm kimyaçıların, həm də davamçılarının qəlbində daim yaşayacaqdır.


Allah rəhmət eləsin!